Baş Mühasib

  • Wellmechs
  • Elanın qoyulma tarixi: 22.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
  • Vergi (ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
  • Hesab, balans, avans hesabatının aparılmasını tərtib edilməsi;
  • Debitor və kreditor borclara nəzarət;
  • Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
  • Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət;
  • Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.
  • Və s.

Tələb olunan:

  • Ali təhsil 
  • Yüksək IQ səviyyə (Yüksək TQDK Qəbul balı);
  • 1C təcrübə;
  • Minimum 2 il mühasibatlıq təcrübəsi;
  • Ofis Proqram Bilikləri;
  • Rus dil bilgisi;
  • Vergi Məcəlləsi bilikləri;
  • Statistika;
  • DSMF Hesabatları bilikləri
  • Yaş: 25 - 50( Bəy namizəd arzu olunandı)

İş şəraiti:

  • Əmək haqqı razılaşma ilə (1300- 2000) azn arasi
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşməu2028• Həftədə 6 iş günü (09:00-18:00), 1  gün istirahətu2028• Nahar şirkət tərəfindən qarşılanır
  • Telefon xərcləri şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlərin email ünvanına mövzu yerinə “Baş Mühasib” qeyd etməklə müraciət etmələri xahiş olunur.  CV formatı PDF olaraq paylaşılması xahiş edilir.

Ünvan:Nərimanov r-nu,Bakı Modern Məktəbin yanı.