Hava limanı zallarında növbətçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes zallarda olan sərnişinlərə xidmət göstərilməsi və sərnişinlər üçün rahat mühitin yaradılması; 
  • Qida məhsullarının və qəlyanaltıların servis üçün hazırlanması;
  • Biznes zallar üzrə təsdiqlənmiş menyuları bilmək, menyuların özündə birləşdirdiyi qida məhsulları və içkilərə əsasən vitrində, gözləmə zalındakı soyuducuda səliqəli şəkildə yerləşdirmək;
  • Zalda səliqə-səhman və təmizliyin təmin edilməsi;
  • Zalda olan mebel və avadanlıqların qorunmasına nəzarət edilməsi. 

Vəzifə tələbləri:

  • Cinsi: Qadın;
  • Təhsil: Orta təhsil;
  • Yaş həddi: 20 - 35 yaş;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (ingilis-dili üstünlükdür);
  • Müştərilərlə ünsiyyətdə gülərüz, rahat və peşəkar bacarıqlı;
  • Ünsiyyət bacarığı, işdə nizam-intizamlı;
  • Gecə növbəsində işləyə bilmə.

Əmək şəraiti:

  • Əmək haqqı: 850-900 AZN (net);
  • İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00)
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Nəqliyyat ilə təmin etmə.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Növbətçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

VIP Xidmətlər Qrupu MMC tərəfindən digər vakansiyalar