İşin təsviri
Vəzifə və Öhdəlikləri:
- Şirkət tanıtımı məqsədi ilə müxtəlif reklam materiallarının hazırlanması, yayımlanması və onlara nəzarətin təmin olunması;
- Şirkətin marketinq planının hazırlanması prosesində iştirak etmək, tövsiyyələrini vermək;
- Şirkət vebsaytını idarə etmək, ona nəzarət etmək, orada dəyişikliklər olunması və məhsullar haqqında məlumatların SEO-ya uyğun olaraq hazırlanıb əlavə edilməsini təmin etmək;
- SMM mütəxəssisi ilə işin təşkili və gündəlik tapşırıqların verilməsi, bu fəaliyyətə nəzarətin təmin olunması;
- Şirkətin sosial media hesablarının idarə olunması, trendləri izləyərək buna uyğun müxtəlif postların paylaşılmasının və burada müştərilərdən gələn sorğuların cavablandırılmasının təmin olunması;
- Rəqəmsal sahədə (Meta, Linkedin, Google analytics) alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək;
- Şirkətin korporativ brandbook-una uyğun dizayn vizuallarının hazırlanmasına birbaşa nəzarət etmək;
- Satış məqsədləri üçün müxtəlif reklam mətnləri hazırlamaq;
- Media əlaqələrini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək;
- Şirkətdaxili marketinq məhsullarına (kataloq, flayer, baner, promo və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək;
- Şirkətin yerli və xarici sərgilərdə və markanın tanıtımı məqsədi ilə müxtəlif tədbirlərdə iştirakının təşkil olunması;
- Markanın bazar payını artırmaq üçün araşdırmalar aparmaq və marka tanıtımının müxtəlif kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin etmək;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Reklam kanallarının və kampaniyaların analiz edilməsi və analizə əsasən optimizasiyaların aparılması;
- Şirkətin bazar payı ilə bağlı lazımi təhlil və araşdırmaların aparılması;
- Rəqib şirkətlər haqqında təhlil və araşdırmalar aparmaq və yeniliklərdən xəbərdar olunmasını təmin etmək;
- Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək;
- Aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Marketinq fəaliyyəti ilə bağlı olaraq ADRA ilə münasibətlərin idarə olunması;
- Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan digər tapşırıqları yerinə yetirmək;
Namizədə olan tələblər:
- Marketinq, biznes idarəçiliyi və ya digər buna yaxın sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3-illik iş təcrübəsinin olması;
- SMM, PR və Reklam sahələrində təcrübəyə malik olmaq;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- Marketinq və bazar araşdırmaları haqqında biliyə malik olması;
- Yüksək səviyyədə kompüter bilikləri və ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı, eyni zamanda qrammatik normalara uyğun yazı biliklərinin olması;
- Rus və ya ingilis dillərini sərbəst bilməli; (hər ikisini bilmək üstünlükdür)
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
İş şəraiti:
- AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaqdır;
- Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov 122 A;
Namizədlərdən CV-lərini "Marketinq işləri üzrə mütəxəssis" başlığı ilə e-mail ünvanına göndərmələri xahiş olunur.