İşin təsviri
Vəzifələr:
- Kafenin sosial media və promosiya fəaliyyətlərinin planlanması və idarə olunması;
- Brendin tanıdılması üçün ideyalar, kampaniyalar və təşəbbüslər irəli sürmək;
- Çəkiliş proseslərində (foto/video) aktiv iştirak və yaradıcı yanaşma göstərmək;
- Xarici kontent və PR tərəfdaşları ilə əlaqələrin koordinasiyası;
- Sosial media platformalarında influencerlərin seçimi, əməkdaşlıqların qurulması və kampaniyaların idarə olunması;
- Tədbir və layihələr zamanı marketinq tərəfinin təmin olunması.
Namizədə tələblər:
- Marketing və ya kommunikasiya sahəsində ən azı 2 il təcrübə;
- Sosial media trendlərini, kontent və brendinq prinsiplərini yaxşı bilmək;
- Marketing performans göstəricilərinin (marketing metrics) təhlili və idarə edilməsi bacarığı;
- Brendin kommunikasiya strategiyasına uyğun kontent briflərinin hazırlanması və influencerlərlə effektiv əməkdaşlıq münasibətlərinin qurulması bacarığı;
- Foto/video çəkiliş proseslərinə və ya prodakşn işlərinə maraq və anlayış;
- Yaradıcı düşüncə, operativlik və yüksək ünsiyyət bacarığı;
- Enerjili və təşəbbüskar olmaq
- İnglis dili tələb, rus dili arzuolunan
Biz təklif edirik:
- Yeni və dinamik bir konseptin brendini sıfırdan formalaşdırmaq imkanı;
- Açıq və yaradıcı iş mühiti;
- Yüksək əməkhaqqı + performansa əsaslanan bonus sistemi.
Yeni bir brendi sıfırdan formalaşdırmaq, enerjili komanda ilə işləmək və öz ideyalarını həyata keçirmək istəyirsənsə —CV-ni Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndər.