Biznes İnnovasiyaları üzrə Assistent

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 20.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Görüşlərin planlaşdırılması, görüş qeydlərinin aparılması və faylların toplanması daxil olmaqla Biznes İnnovasiyaları departamentinə inzibati dəstək göstərmək;
  • Məhsul araşdırması, yaradılması və məhsulda maraqlı tərəflərlərlə koordinasiya işlərinin təşkili daxil olmaqla, məhsulun idarə edilməsi fəaliyyətlərinin dəstəklənməsi;
  • Departament daxilində fərqli məlumatların əlçatanlığını təmin etmək üçün məlumat bazasını yaratmaq və idarə etmək;
  • Büdcə fayllarınının hazırlanması və onların əlçatan olmasını təmin etmək;
  • Büdcə məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək üçün maliyyə komandası ilə əməkdaşlıq etmək;
  • Tələb olunduqda büdcə və digər məsələlərlə bağlı hesabatlar, təqdimatlar və digər materialları hazırlamaq;
  • Biznes İnnovasiyaları məhsulları və təşəbbüsləri ilə bağlı xərcləri izləmək və lazımi məlumatları komanda ilə bölüşmək;
  • Məhsul komandaları və rəhbər tərəfindən təyin edilmiş hər hansı digər işlərin yerinə yetirilməsi.

Sizdən nə tələb olunur?

  • Maliyyə, Biznes, Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Rəqəmlərlə işləmək, hesablamalar aparmaq, maliyyə məlumatlarını təhlil etmək və uyğunsuzluqları aşkar etmək bacarığı;
  • İnnovativ və texnoloji şirkətlərdə inzibati və təşkilati işlərdə təcrübəyə malik olmaq əlavə üstünlükdür;
  • Güclü təşkilatçılıq və layihə idarəetmə bacarıqları, tapşırıqları prioritetləşdirmək bacarığı;
  • İnsanlar arasında əlaqə qurmaq bacarığı ;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Sürətli və dinamik mühitdə işləmək bacarığı;
  • Azərbaycan dilinə səlis yiyələnmə (yazılı və şifahi).

İşəgötürənin reytinqi