Ofis meneceri

  • Matrix Group
  • Elanın qoyulma tarixi: 17.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil; 
  • Bu sahə üzrə 3 ildən artıq təcrübə;
  • Azərbaycan və rus dilləri əla; ingilis dili arzuolunandır; 
  • Proqram bilikləri: MS office proqramları yüksək səviyyədə;
  • Təşkilati, analitik və idarəetmə bacarıqları;
  • Detallara diqqət etmə bacarığı, məsuliyyətli, ünsiyyətcil, səlis nitq qabiliyyəti, komandada işləmə bacarığı, məqsədyönlü və inkişafa meyilli.

Biz Sizə nə təklif edirik:

  • İş qrafiki: I-V günlər, saat 09:00-18:00;
  • Rəqabətli əmək haqqı;
  • Mehriban kollektiv;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı;
  • Şirkətdaxili imtiyazlardan istifadə imkanları.

Vəzifə öhdəlikləri:

  • İclasların və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların iclasın və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
  • İclaslarda iştirak etmək, iclas nəticələri barəsində müvafiq protokol, akt və s. tərtib edib, icra və nəzarətini təmin etmək.
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmalar aparmaq;
  • İdarə heyətinin iş qrafikinə uyğun iş planının (gündəliyinin) hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
  • İdarə heyətinin texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)
  • İdarə heyətinə təqdim olunmuş arayış və məruzələri təhlil edib, onlar barədə səlahiyyətli rəylər vermək;
  • Verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.

Müraciət etmək üçün mövzu hissəsində “Ofis menecer” qeyd etməklə elektron ünvanına CV göndərə bilərsiz. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.