İşin təsviri
Namizədə aid tələblər:
- Ali təhsil;
- Daxili satınalma üzrə minimum 3-5 il iş təcrübəsi;
- İşlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Güclü şifahi ünsiyyət qurmaq bacarığı;
- Kompüter və proqram biliyi: MS Office, 1C.
Vəzifə öhdəlikləri:
- Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
- Təchizatçılar ilə danışıqların aparılması;
- Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
- Təchizatla bağlı iclaslarda iştirak etmək;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Əməkhaqqı: mesahibə əsasında (artandır)
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 65c.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.