Satınalma mütəxəssisi (avtomobil servisi)

  • Hyper Servis
  • Elanın qoyulma tarixi: 16.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şin (təkər), ehtiyat və dövri qulluq vasitələri markalarının, eləcə də mühərrik yağı, akkumulyator brendlərinin rəsmi distribütorları ilə əlaqə saxlayaraq təkliflər almaq;
  • Tələblərə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
  • Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
  • Sifarişlər əsasında düzgün bazar araşdırmasını etmək;
  • Ehtiyatların miqdarına nəzarət etmək;
  • Yük anbara və ya sifariş mərkəzinə çatanadək sifarişi izləmək; 
  • Potensial satınalma təklifləri arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək; 
  • Əməkdaşlıq ediləcək mərkəzlərlə müqavilə razılaşmaları rəsmiləşdirilməyənə qədər işə başlamamaq;
  • Müqavilələrin və sifarişlərin statusunu izləmək.

Namizədə tələblər:

  • Ali və ya orta təhsil;
  • Avtomobil servisi, avtomobil ehtiyat hissələri mağazası və ya digər oxşar sahə üzrə 2 il iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Ünsiyyətcil, komanda ilə işləmə bacarığı.

İş qrafiki: I-VI günlər, 09:00-18:00;

Əmək haqqı: 1000-1200 AZN.