Xəzinədar

  • Hyper Servis
  • Elanın qoyulma tarixi: 28.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yalnız xanım namizədlər;
  • Ali və ya orta ixtisas təhsilli (maliyyə və mühasibat arzuolunandır);
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Nəğd pulla intensiv şəkildə işləmə bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Yaş həddi 24-35.

Vəzifə öhdəlikləri:

  • Gündəlik satış qaimələrinin xüsusi iş proqramına daxil edilməsi və nəzarəti;
  • Satışdan gələn pulu qəbul etmək, pul dövriyyəsini sistemə daxil etmək;
  • Gündəlik, həftəlik, aylıq və rüblük hesabatların hazırlanaraq müvafiq şöbəyə göndərilməsi.

Uyğun namizədlərdən öz CV-lərini “Xəzinədar” başlığı altında poçt ünvanına göndərmələri xahiş olunur.