Korporativ hüquqşünas

İşin təsviri

Təsvir:

  • Müxtəlif növ müqavilələrin, müqaviləyə əlavələr, əlavə razılaşmalar və digər əqdlərin ilkin nümunəsinin hazırlanmasında iştirak və hüquqi ekspertizasının aparılması
  • Müxtəlif növ məktubların,ərizə,şikayət, etirazların ilkin tərtibi və nümunənin hazırlanması
  • Müxtəlif növ müqavilələrin reyestri və qeydiyyatı
  • Müqavilə və əlavələrin xitamı, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət edilməsi.
  • Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında şirkət adından sənədlərin hazırlanması  
  • Kommersiya hüquqi şəxslərin yaradılması, nizamnamələrin və əsasnamələrin tərtib edilməsi, şirkətlərin yenidən təşkili, ləğvi ,o cümlədən şirkətlər üçün tender (satınalma) layihələrinin hüquqi ekspertizasında iştirak
  • Müvafiq əsasnamə,qayda, prosedurların və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy bildirmək.

Tələblər:

  • Ali Təhsil - Hüquq, Beynəlxalq hüquq
  • Korporativ hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
  • Effektiv məlumat mübadiləsi
  • Hüquqi arqumentasiya və əsaslandırma bacarığı
  • Detallara fikir vermə,
  • Peşəkar yanaşma
  • Effektiv planlama və icra etmə
  • Fərdi öyrənmə və inkişafa meyillik

Sosial imtiyazlar:

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta