Satınalmalar üzrə aparıcı mütəxəssis

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 15.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Şirkətin satınalma qaydalarına uyğun olaraq tender, qiymət sorğusu, orta bazar qiymətlərini araşdırmaq məqsədi ilə məlumat sorğusu, bir mənbədən satınalma və ya auksionun təşkili və keçirilməsi üçün zəruri sənədlərin hazırlanmasında və razılaşdırılmasında iştirak etmək;
  • Şirkətin struktur bölmələrindən alınan tələblər, spesifikasiyalar, texniki sənədlər və digər məlumatlar əsasında təşkilatın mənafeyi, maraqları və hədəflərinə cavab verən düzgün satınalma üsulunun müəyyən edilməsində iştirak etmək;
  • Satınalmalar şöbəsinə daxil olan təsdiqlənmiş tələbnamə əsasında tələb olunan malların (işlərin və xidmətlərin) təchizatı ilə məşğul olan tədarükçülərin müəyyən edilməsi üçün müraciət etmək, qoyulan meyarlar əsasında dəyərləndirilməsini təmin etmək və malların (işlərin və xidmətlərin) təchizatını təsdiqlənmiş müqavilə əsasında onlara həvalə etmək;
  • Mallar, işlər və xidmətlərin satın alınması məqsədi ilə satınalma xidmətlərinin şirkət daxili istifadəçiləri ilə, təşkilatın müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıqda çalışmaq, satınalma tələbnamələrinin vaxtında yerinə yetirilməsi üçün satınalma proseslərini effektiv şəkildə həyata keçirmək;
  • Şirkətin satınalma qaydalarına riayət edərək satınalma sorğularını müvafiq tədarükçülərə göndərmək, təkliflərin vaxtında alınmasını təmin etmək, əldə olunan təklifləri təhlil etmək, onların tələblərə cavab verdiyini yoxlamaq, təkliflərin son istifadəçi ilə birgə müqayisəsini aparmaq, təklifləri uyğun olan tədarükçülərlə qiymət danışıqlarını aparmaq və təkliflərin dəyərləndirilməsi hesabatını son qərarın bildirilməsi üçün təqdim etmək;
  • Tenderdə və ya qiymət sorğusunda iştirak edən tədarükçüləri iştirak fəallığına görə və verdiyi təkliflərin əlverişlilik dərəcəsinə görə qiymətləndirilməsi üçün müvafiq məlumatları aidiyyəti tərəflə bölüşmək;
  • Ən əlverişli təklif verən tədarükçü ilə standart nümunə əsasında müqavilənin hazırlanması üçün tender və ya qiymət sorğusu nəticəsində ortaya çıxan lazımı sənədləri aidiyyəti tərəfə təqdim etmək;
  • Sifariş tapşırıqlarını tələblərə uyğun şəkildə tərtib etmək və təsdiqlənmiş sifariş tapşırıqlarını qarşı tərəfə icra üçün təqdim etmək;
  • Təşkilatla əməkdaşlığa cəlb edildikdən sonra tədarükçülərin bitmiş işlər/layihələrdə fəaliyyətinin aidiyyəti üzrə dəyərləndirilməsini bununla bağlı müraciət daxil olduqda vaxtında həyata keçirmək və müraciət edən tərəfə dəyərləndirmə nəticələrini təqdim etmək;
  • Qiymət sorğuları və tenderlərə aid məlumatları Satınalmalar şöbəsinə aid ümumi giriş icazəsi olan müvafiq elektron qovluqlarda sistemli şəkildə toplamaq və saxlamaq, tender prosesi bitdikdə tenderə aid məlumatları paralel olaraq sistemli şəkildə fiziki qovluqlara yerləşdirərək və aidiyyəti tərəfə güvənli şəraitdə saxlanılması üçün təhvil vermək;
  • Satınalmalar sahəsində şirkət daxili istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə saxlanılmasını təmin etmək və bunun üçün lazımı tədbirləri görmək;
  • Şirkətin müvafiq şöbələrinin qərar verən şəxsləri ilə sız əməkdaşlıq edərək satınalma tələbnamələri üçün hazırlanan spesifikasiyalarda qeyri-müəyyənliyin aradan qaldırılmasında iştirak etmək və təkliflər vermək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil. İqtisadiyyat, biznesin idarəolunması sahəsində magistr dərəcəsi arzuolunandır
  • Satınalmalar sahəsində azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office (Excel proqramının yüksək səviyyədə istifadə bacarığı);
  • Satınalmalar sahəsində peşəkar sertifikatın olması arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları.