Mühasib

İşin təsviri

Əmək funksiyası:

  • Rəhbərliyin göstərişi ilə ödəniş tapşırıqlarını hazırlamaq, təsdiqlənməsini və banka göndərilməsini təmin etmək; 
  • Bank çıxarışlarına əsasən köçürmə əməliyyatlarını 1C proqramına daxil etmək; 
  • Əlavə Dəyər Vergisi (ƏDV) üzrə depozit sub - hesaba nəzarət etmək, ödəmə planına uyğun olaraq köçürmə əməliyyatlarının vaxtında aparılmasını təmin etmək; 
  • Alınan mal-materiallar, görülən iş və xidmətlər üzrə müqavilələrin, hesab-fakturaların reyestr cədvəlini hazırlamaq; 
  • Hər iş günü bankla əlaqə saxlayıb əvvəlki günün sonuna bank hesabı üzrə qalığı, ödənişlərin statusu və daxilolmalar barədə məlumatı əldə etmək; 
  • Vergi bəyannamələri barədə müvafiq məlumatları (Excel) cədvələ daxil etmək və aparıcı mühasibə təqdim etmək; 
  • Ezamiyətlərin qeydiyyat reyestrini hazırlamaq; 
  • Tələb olunan pul vəsaiti üçün avans tələbi formları hazırlamaq və müvafiq qaydada təsdiqlənməsini təmin etmək; 
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək; 
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. 

Bilməlidir:

  • Mühasibat uçotu haqqında qanunvericiliyi, Vergi qanunvericiliyini; 
  • Maliyyə hesabatlarının formasını və aparılma qaydalarını, mühasibatlıqda tətbiq olunan elektron proqramları; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. 

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr
  • İxtisası: Mühasibatlıqla əlaqəli ixtisas üzrə
  • İş təcrübəsi (minimum): Mühasibatlıq sahəsində 5 (beş) ildən az olmayaraq əmək stajı
  • Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır) 
  • Kompüter bilikləri: MS ofis proqramları, “1C”