Sənədləşmə və Kommunikasiyalar üzrə Koordinator

  • B.EST Solutions
  • Elanın qoyulma tarixi: 14.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizə kim lazımdır:

  • İşgüzar yazışmaların aparılmasında təcrübəsi olan və insanlarla mükəmməl ünsiyyət qura bilən;
  • Elan verilmiş vakansiyaya oxşar vəzifədə ən azı iki il təcrübəyə malik olan şəxsə üstünlük verilir;
  • Beynəlxalq İT şirkətində işləmək və daim inkişaf etmək arzusunda olan;
  • Mehriban, diqqətli və öz işində peşəkar;
  • Yeni çağırışlardan qorxmayan və əvvəllər onlarla qarşılaşmasa belə, yeni alətlərdən istifadə etməyə hazır olan və verilən tapşırığı müvəfəqqiyyətlə yerinə yetirən.

Tələblər:

  • Ali təhsil;
  • Ədəbi və texniki Azərbaycan dilini mükəmməl bilmək;
  • Rus və ya ingilis dillərini mükəmməl və səriştəli bilmək;
  • İT sahəsində texniki terminologiyanın biliyi əlavə üstünlük hesab edilir;
  • Daxili sənədləşmə və ofis işləri üzrə təcrübə;
  • Tapşırıqları yüksək məsuliyyətlə və dəqiqliklə yerinə yetirmək.

Məsuliyyətlər:

  • Daxili sənədləşmə, ofis işləri və rəsmi yazışmalarla işləmək;
  • Rəhbərin tələbi ilə məlumatların axtarışı və strukturlaşdırılması;
  • Poçt göndərişlərinin hazırlanması və göndərilməsi, kuryer xidmətləri ilə qarşılıqlı əlaqə;
  • Elanların dərci, tədbirlərin və görüşlərin təşkili;
  • Sosial media hesabları və press-relizlər üçün məzmunun yaradılmasında köməklik;
  • İclaslarda iştirak və protokolların aparılması;
  • Şirkətdə baş verən hadisələrdən xəbərdar olmaq, vacib məlumatları qeyd etmək, suallara və tapşırıq statuslarına operativ cavab vermək;
  • Rəhbərin müxtəlif tapşırıqlarını yerinə yetirmək və onun işlərinin idarə olunmasına dəstək olmaq.

İş haqqında:

  • İş vaxtı: tam iş günü, həftədə 40 saat, bazar ertəsindən cümə gününə daxil, 8 saatlıq iş günü;
  • Şirkət hesabına ixtisasartırma imkanları;
  • Mobil rabitə, nahar, parkinq və idman xərclərinin ödənilməsi, ofisdə pulsuz içkilərin verilməsi;
  • 3 ay sınaq müddəti;
  • Mehriban və həmrəy komanda;
  • Əmək haqqı namizədin təcrübə və bacarıqlarından asılıdır.

Namizədlərdən CV-lərini e-mail-a təqdim etmələrini xahiş edirik. Əgər təsvir olunan bütün tələblərə və keyfiyyətlərə cavab verdiyinizə əminsinizsə, ərizənizi təqdim edin və müsahibəyə dəvət gözləyin.