Restoran meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Restoranın satışlarının artırılması və restoranın inkişafının təmin edilməsi üçün strategiyanın yaradılması və təkliflərin şirkətin rəhbərliyinə  verilməsi.
  • Restoran işçilərini yoxlayır, təlimatlandırır
  • Restoran işçilərinin iş qrafiklərini idarə edir
  • Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak edir
  • Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət edir
  • Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət edir
  • Bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət edir
  • İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət edir
  • İnventarın monitorinqini, bütün ərzaq məhsullarının və digər restoran ehtiyaclarının lazımi qədər doldurulmasını təmin etdir
  • Restoranın nağd pul axınının izlənməsi və ödənilməmiş borcların ödənilməsinə nəzarət edir
  • Müştəri xidmətini yaxşılaşdırma yollarını inkişaf etdirmək və həyata keçirmək üçün müştəri sorğularını nəzərdən keçirdir
  • Müştəri şikayətlərinin peşəkar şəkildə həll edilməsini təmin edir
  • Restoranın imicini yaxşılaşdırılması üçün yeni yollar təklif edir
  • Kassa xərclərinə nəzarət edir, səmərəliliyin artırılması üçün müəyyən tədbirlər görür.
  • Əməliyyat hesabatlarını və tələb olunan digər sənədləri hazırlayır müvafiq departamentlərə təqdim edir
  • Restoran avadanlıqlarını təmir və texniki baxış üçün qiymətləndirir və ehtiyac olduğu halda lazımi şöbəyə yönəldir
  • SOP prosedurlarının təşkilini və prossesə riayət edilməsini təmin edir
  • Restoran mətbəxinin işçilərinin xadimə-qabyuyanlarda daxil olmaqla iş keyfiyyətinə nəzarət edir, və onlar üçün qrafiklər təyin edir
  • Günlük və dərin təmizliyi yoxlayır, qrafikə uyğun olaraq bu prossesləri tənzimləyir.
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Gözləntilər:

  • Azı 5 il F&B meneceri vəzifəsində iş təcrübəsi
  • Ali təhsil
  • Azərbaycan Rus və İngilis dillərinin yaxşı səviyyədə bilməlidir
  • Analitik düşünmə qabiliyyəti
  • Restoranın inkişafı üçün strateji planların qurulması bacarığı

Vakansıya ilə marağlanan şəxslərdən xahiş olunur məktubun mövzu qismində  Restoran meneceri” və məktubda mütləq əmək -haqqı gözləntilərini qeyd edib CV-nizi mail ünvanına göndərsinlər