Satış üzrə mütəxəssis

  • Çinar Park QSC
  • Elanın qoyulma tarixi: 13.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Müştərilərlə əlaqələr quraraq xidmətlər və icarə haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • İcarə qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Bazarda gedən prossesləri izləmək, müştəri tərəfindən edilən təklif və iradları nəzərə alıb, təhlil etmək;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • Düzgün hədəf auditoriyalarını təyin etmək;
  • Xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;

Tələblər:

  • Təhsil: Ali (marketinq və satış sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Real Estate, Hospitality)
  • Kişi namizədlərə üstünlük verilir
  • Yaş həddi: 25-35
  • Kompüter biliyi: MS Office
  • Güclü təqdimat və satış bacarığı
  • Azərbaycan dilində mükəmməl ünsiyyət qurmaq bacarığı, ingilis və rus dillərini yaxşı bilənlərə üstünlük verilir

Digər bacarıqlar:

  • Güclü qərar qəbuletmə bacarığı;
  • Komanda mühitində işləmək bacarığı;
  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
  • Analitik düşünmə qabiliyyəti; 
  • Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri izləmək bacarığı;
  • Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq;

Son müraciət tarixi: 20 dekabr, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Çinar Park QSC tərəfindən digər vakansiyalar