Mağaza meneceri (Fitness avadanlıqları üzrə Showroom)

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 13.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 25-35;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst şəkildə danışıq;
  • Satış sektorunda müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Satış texnikası, idarəçilik qabiliyyəti;
  • Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
  • Kompüter bilikləri: MC Office – sərbəst işləmək.

İş barədə məlumat:

  • Korporativ satışların təşkil olunması, yeni əlaqələrin qurulması, biznes yazışmalarının icrası.
  • Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
  • Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
  • Mağazada olan fitness avadanlıqlarının qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək
  • Yeni əməkdaşlıqların qurulması, müştəri bazasının artırılması

İş şərtləri:

  • İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir)
  • İş günü: 6 günlük, həftədə 1 gün istirahət  
  • Əmək haqqı: 800-1000 AZN

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Mağaza meneceri yazaraq email ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi