Kiçik mühasib

İşin təsviri

Kiçik mühasib vəzifəsi üzrə öhdəliklər:

  • Kassa uçotunun aparılması;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Mühasibat sənədlərinin saxlanılması və qorunması;
  • Gündəlik əməliyyatların yerinə yetirilməsi (invoys, qaimələrin yazılması, aktların hazırlanması və s.).
  • Gündəlik alınan malların 1C proqramına işlənilməsi;
  • Gündəlik satışların 1C proqramına işlənilməsi;
  • Elektron Qaimə fakturaların daxil edilməsi və yoxlanılması;
  • Debitor və kreditor hesablaşmalarına nəzarət olunması;
  • Baş mühasib/mühasib tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə komputer bacarıqları (MS Office, xüsusilə Excel və Word) ;
  • 1C-də işləmə bacarığı;
  • Riyazi analitik biliklər;
  • Mükəmməl səviyyədə Azərbaycan dili, Rus dili əlavə üstünlükdür;
  • Komandada işləmə bacarığı.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • 500-600 AZN və namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Maraqlanan şəxslər CV-lərini elekron ünvanına  və ya 0707030439 vp vasitəsi ilə Kiçik mühasib başlığı ilə göndərə bilərlər.