Layihələrin idarəolunması şöbəsinin müdiri

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə olması üstünlükdür);
  • Layihələrin idarəolunması sahəsində minimum 5 il rəhbər təcrübəsi;
  • Layihələrin idarəolunması üzrə proqram təminatlarında istifadə təcrübəsi arzuolunandır;
  • PMP və ya digər oxşar sertifikatların olması üstünlükdür;
  • Agile, Waterfall və digər layihələrin idarəolunması metodologiyalarından istifadə təcrübəsi;
  • Yaxşı səviyyədə İngilis dili biliyi;
  • MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Vaxtın və resursların idarə olunması bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.

Görəcəyiniz işlər: 

  • Layihələrin Agentliyin strateji hədəflərinə uyğun təsnifatlaşdırılmasının və prioritetləşdirilməsinin həyata keçirilməsi;
  • Layihə sənədlərinin, icra planlarının hazırlanmasına, resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət;
  • Layihələrin texniki-iqtisadi əsaslandırmasının və ssenarilər üzrə təhlilinin həyata keçirilməsi;
  • Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi;
  • Layihə üzrə risklərin müəyyən olunmasına köməklik göstərilməsi və risklərin qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
  • Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 24.11.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.