İşin təsviri
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
- Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan əmin olmaq;
- Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
- Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;
Namizəddən gözləntilərimiz:
- Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
- İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
- MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
- Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
- Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
- Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;
- Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;
Texniki tələblər:
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin -mütləqdir.
Sosial imtiyazlar:
- 5 günlük iş qrafiki
- Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü
- Tibbi Sığorta (işçini əhatə edən)
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
- Yanacaq və Amortizasiya xərclər