Təlim üzrə koordinator

İşin təsviri

Vəzifə öhdəlikləri:  

  • Tədris sənədlərinin hazırlanması işini təşkil etmək;
  • Təlim proqramlarının hazırlanmasında iştirak etmək;
  • Təlim keçən işçilərin hazırlıq səviyyəsinə, keçirilən təlimlərin keyfiyyətinə və müntəzəmliyinə riayət etmək;
  • Tədris müddətlərinə, planlarına və proqramların icrasına nəzarət etmək;
  • Sınaq müddətində olan əməkdaşların imtahanlarını təşkil etmək;
  • İmtahanlarda iştirak etmək və imtahanların nəticələrini protokolla rəsmiləşdirmək;
  • Əməkdaşların xarici dil biliklərinin yoxlamasını həyata keçirmək; 
  • Ay ərzində təşkil olunmuş təlimlər  barədə hesabatların hazırlamaq;
  • Təlim prosesinə aid olan nəzarət sistemini təkmilləşdirmək; 
  • Təlimlərin keçirilməsinin effektivliyini vaxtaşırı olaraq qiymətləndirmək;
  • İllik təlim planını tərtib etmək.

Tələblər: 

  • Ali təhsil;
  • İş təcrübəsi – minimum 3 il;
  • MS Office, 1C proqramlarında işləyə bilməli;
  • Dil bilikləri : azərbaycan, rus dili və ingilis dili (B1/B2 Səviyyə);
  • Punktuallıq;
  • Təşkilatçılıq bacarığı;
  • İşgüzar ünsiyyət;
  • Komandada işləmə bacarığı.

Əmək şəraiti:

  • Əmək haqqı 850 AZN (gross);
  • 5 günlük (09:00-18:00) iş rejimi;
  • Nahar və nəqliyyat təmin edilir;
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı, Terminal 2.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində  “Təlim üzrə koordinator” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

VIP Xidmətlər Qrupu MMC tərəfindən digər vakansiyalar