Qrafik dizayner

  • A2Z Technologies
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 03.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hazırda İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “A2Z Technologies” QSC namizədləri mövcud olan “Qrafik dizayner” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

  • Sosial media şəbəkələri üzrə digital postların və digər məzmunların dizayn edilməsi
  • Şirkətin fəaliyyəti ilə əlaqədar təqdimatların hazırlanması
  • 3D animasiya videolarının hazırlanması
  • Motion-design çarxlarının hazırlanması
  • Şirkətin çap materiallarının dizaynının hazırlanması
  • Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi
  • Rəhbərlik tərəfindən tapşırılan dizayn işlərinin vaxtında və düzgün təhvil verilməsi
  • Görülən işlər barədə müvafiq hesabatların hazırlanması

TƏLƏBLƏR:

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
  • Adobe Illustrator, Adobe Photoshop, Adobe Indesign proqramlarını bilməli
  • Premiere Pro, After Effects bacarığı arzuolunandır
  • Çevik və işində məsuliyyətli
  • Kreativ, zövqlü və yaradıcı yanaşma
  • Sürətli işi qavrama bacarığı
  • Komandada işləmə bacarığı

ƏMƏK ŞƏRAİTİ:

  • İş rejimi: 5 günlük iş həftəsi
  • Əmək haqqı: 1200-1400 Azn

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi