İşin təsviri
Qrafik dizayn sahəsində güclü bilik və praktiki təcrübəyə sahib olan, tələbələrə bilik və ilham verməyi sevən mütəxəssis axtarırıq.
Texniki biliklər üzrə tələblər:
- Adobe Photoshop, Illustrator və InDesign proqramları üzrə yüksək bilik və işləmə bacarığı
- Dizayn nəzəriyyəsi, kompozisiya, tipoqrafika və rəng psixologiyası üzrə dərin bilik
- "Identity" və "brandbook" hazırlanmasında təcrübə
- Çap üçün maketlərin hazırlanması və müasir çap texnologiyaları haqqında anlayış
- Müasir dizayn trendlərini izləmə və tətbiq etmə bacarığı
- Sahə üzrə real iş təcrübəsi və portfolio mövcudluğu
İş şəraiti və təkliflərimiz:
- İş qrafiki: həftədə 3 gün 3 saat
- Rəqabətli əmək haqqı
- Komfortlu iş şəraiti
- Hazır dərs proqramı təqdim olunur
- Təlim prosesində və tələbələrlə ünsiyyətdə müəllimlərə dəstək verilir
- Təlimlər və motivasiya
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.