SƏTƏM mütəxəssisi

  • Milla Dairy
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
  • Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • İşçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
  • Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmə.
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək
  • Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək.

Sizdən nə tələb olunur? 

  • Ali təhsil 
  • Müvafiq sahə üzrə 1-3 il  iş təcrübəsi
  • Sətəm-ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
  • Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
  • MC Office proqramlarında sərbəst istifadə bacarığı
  • Orta danışıq səviyyəsindəİngilis dili və  Rus dili biliyinin olması arzuolunandır
  • Təlim və öyrətmə qabiliyyəti;

Əlavə məlumatlar:

  • 5 günlük iş həftəsi, həftəlik 40 saat
  • Könüllü tibbi sığorta, servis və nahar şirkət tərəfindən təmin edilir. 
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Ünvan: Abşeron ray., Bakı-Şamaxı şosesi 15KM (Milla süd emalı zavodu)

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.