Sətəm üzrə mühəndis

  • Estet
  • Elanın qoyulma tarixi: 31.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kvalifikasiya üzrə tələblər:

  • SƏTƏM  üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
  • Ali-texniki təhsilə üstünlük verilir; 
  • Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidir,  İngilis  və Rus dilləri arzuolunandır;
  • SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
  • Kompyuter bilikləri üzrə : MS Office və Outlook programlarını mükəmməl bilməlidir; 

Namizəddə olan bacarıq və keyfiyyətlər:

  • Əməksevər və ambisiyalı
  • Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı olan,
  • Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü
  • Komandada işləmək bacarığı
  • Problemləri həll etmə bacarığı;
  • Dil bilikləri : Azərbaycan dili ( əla) İngilis dili ( orta), Rus dili ( yaxşı ), 
  • Kompyuter bilikləri : Excel, Word, Power Point, Outlook ( yaxşı) 

Aşağıdakılara dair mükəmməl biliklərə sahib olmalıdır:

  • SƏTƏM  üzrə dövlət normativ tələbləri;
  • Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələr;
  • SƏTƏM sahəsində milli və dövlətlərarası standartlar;
  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodları;
  • Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimləri;
  • Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydaları;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodları;

Vəzifə öhdəlikləri:

  • SƏTƏM  üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir.
  • SƏTƏM üzrə mütəxəssis, fəaliyətini SƏTƏMM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla  aparır;
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının  tərtibatında iştirak edir;
  • ŞİRKƏTİN struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir;
  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
  • ŞİRKƏTDƏ quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə  nəzarət edir;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • ŞİRKƏTİN işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir;
  • Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir;
  • Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır;
  • Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir;
  • Müəssisənin bütün struktur bölmələri ilə işin koordinasiyasını təmin etmək və daim əlaqə saxlamaq.

QEYD: Telekomda işləmiş, bu sahdə anlayışı olanlar müraciət etsin.

Əmək haqqı razılaşmaya əsasən veriləcək.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini elektron ünvanına Subject/Mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd etməklə göndərə bilərlər və ya " 077-736-02-58, 050 285-98-50 (Kazımov Rəşid) " nömrəsi ilə əlaqə saxlaya bilər.