Kateqoriya Meneceri

  • Agro-West DC LLC
  • Elanın qoyulma tarixi: 31.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahədə təhsil;
  • Kateqoriya meneceri və ya oxşar sahədə 5 il  təcrübə;
  • Kateqoriyaların idarə edilməsi, marketinq və satış prinsipləri haqqında möhkəm biliklər;
  • Məlumatların təhlili və proqnozlaşdırma üsullarını başa düşmək;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Əla ünsiyyət bacarığı:

Vəzifə öhdəlikləri:

  • Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
  • Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
  • Məhsul kateqoriyaları üçün uzunmüddətli inkişaf strategiyalarının  hazırlanması;
  • Uğursuz məhsullar üçün çıxış strategiyalarının  hazırlanması;
  • İstehlakçı tələblərinə cavab verən məhsulun mövcudluğunu təmin etmək üçün müvafiq sifarişlərin verilməsi;
  • Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
  • Görünüşü maksimum dərəcədə artırmaq üçün məhsul kateqoriyasının yerinin müəyyənləşdirilməsi;
  • Bir məhsul kateqoriyasının rəqabətli qiymətləri və tanıtım fəaliyyətlərini müəyyən etmək üçün marketinq qrupları ilə əlaqə saxlanılması;
  • Öhdəliyində olan məhsul çeşidi üçün Marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;
  • Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək:

İş Şəraiti:

  • İş qrafiki: 5 gün
  • 08:00-17:00
  • Korporotiv nömrə,nahar şirkət tərəfindən qarşılanır;
  • Əmək haqqı:Müsahibə əsasında təyin olunacaqdır

Maraqlanan namizədlər öz CV formalarını “Kategoriya Meneceri” yazaraq email adresinə göndərə bilərlər.