Baş mühasib

İşin təsviri

İŞ TƏLİMATI

Vəzifənin adı: Baş mühasib

Bakı şəhəri

I. Ümumi müddəalar:

1.  Baş mühasib menecer kateqoriyasına aiddir. 
2.  Baş mühasib Maliyyə menecerin tabeliyində çalışır. 
3. Baş mühasibin işə qəbul edilməsi və işdən azad edilməsi  mövcud qanunvericilik əsasında, “Cey Ti Ay Kaukasus” məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Başçısının əmri ilə həyata keçirilir.
4.  Baş mühasib Azәrbaycan, rus və ingilis dillərini bilməli. Ali təhsilli, mühasibat uçotu, iqtisadiyyat, maliyyə ixtisasına malik olmalıdır. Beynəlxalq şirkətdə, mühasibat/maliyyə şöbəsində 2-3 il iş təcrübəsinə malik olmalı.

5. Öz fəaliyyətində aşağıdakıları rəhbər tutur:

yerinə yetirilən iş üzrə normativ aktlar və metodik materiallar;
əmək qaydaları;
nümayəndəliyin başçısının və öz birbaşa rəhbərinin əmr və göstərişləri;

hazırkı iş təlimatı;
Nümayəndəlik haqqında əsasnamə.

6. Aşağıdakıları bilməlidir:  

Mühasibat uçotunun milli və beynəlxalq standartları.;
Şirkətdəki bütün biznes proseslər (istehsalda, satışda, marketinqdə);
Kollektivi idarə etmə vərdişləri;
işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları;
psixologiyanın əsasları;
daxili əmək intizamı qaydaları;
əməyin mühafizəsi qaydaları və normaları.

II.  Əsas öhdəliklər:

1. Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibar uçotunun təşkili, korporativ strategiyalar və prosedurlar, davranış məcəlləsi və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq maddi, əmək və maliyyə vəsaitlərindən səmərəli istifadəyə nəzarət. Uçot strategiyasının yaradılması.
2. Müəssisənin əməli fəaliyyətinin səmərəsini yüksəltmək məqsədilə mühasibat uçotu və hesabatvermə məlumatları əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlilinin yerinə yetirilməsində iştirak.
3. Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsi. Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət.
4. Müqavilələrin mühasibat uçotu normalarına, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və korporativ strategiyalar və prosedurlara uyğunluğunu təsdiq etmək üçün onların imzalanması. Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət.
5. Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəbərlik. Tabeliyində olan işçilərin xidməti vəzifələrinin təyin edilməsi və onların icrasının təmin edilməsi.
6. Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil edilməsi.
7. Ünsiyyət və iş zamanı nümayəndəliyin tanış etdiyi “Davranış kodeksində” təsvir olunan prinsiplərə riayət etmək.

8. Birbaşa rəhbərin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəliklərin yerinə yetirilməsi.

E-mail: [email protected]