Təkrarsığorta şöbəsinin kiçik mütəxəssisi

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 27.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -yaxşı; ingilis dili– əla səviyyədə.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Marketinq sahəsində ali təhsil;
  • Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, analiz etmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Problem həlletmə,  məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;

Vəzifə öhdəlikləri:

  • Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
  • İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
  • Müştərilər və vasitəçilərlə danışıqlar aparmaq, yeni müştərilərin cəlb olunmasında köməklik etmək;
  • Təkrarsıöorta üzrə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkrarsığorta şərtləri təklif etməsinə köməklik etmək;
  • Təkrarsığorta şərtləri haqqında qarşı tərəfə dəqiq məlumat almasında köməklik göstərmək;
  • Təkrarsığorta təkliflər və müqavilələrinin layihələrinin hazırlanması;
  • Mövcud müştərilərlə təkrarsığorta müqavilələrinin yenilənməsini həyata keçirməsi;
  • Şöbəyə daxil olan/çıxan sənədlərin qeydiyyatını aparması, səliqəli qaydada arxivləşdirməsı;
  • Müştərilər haqqında məlumatı müvafiq bazaya daxil etməsi;
  • Təkrarsığorta haqlarının ödənilməsi prosesinin tənzimlənməsində iştirak etməsı;
  • Bağlanmış təkrarsığorta müqavilələri üzrə aylıq hesabatın hazırlanması;
  • Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının aparması;
  • Şirkətin müvafiq strukturlarına tələb olunan formada hesabatlarını aparması;
  • Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etməsi;
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

 Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
  •  İş yeri: Bakı şəhəri 
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

   Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta şöbəsinin kiçik mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       

İşəgötürənin reytinqi