Problemli istehlak lizinqləri şöbəsinin mütəxəssisi

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 21.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Problemli istehlak lizinqləri şöbəsinin mütəxəssisi

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir.

Hal-hazırda “Qafqaz Lizinq” ASC  Problemli istehlak lizinqləri şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Problemli lizinqlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Tələbə uyğun olaraq işin məhkəmədə baxılması üçün lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
• Problemli aktivlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
• Problemli aktivlərlə aparılan işin daha səmərəli üsulları barədə təkliflərin verilməsi.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Problemli müştərilərlə işin aparılması və ya kredit vermə təcrübəsi üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus dilini bilənlərə üstünlük veriləcək;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Problemli istehlak lizinqləri şöbəsinin mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.