Elektronika mühəndisi

  • Diamed CO
  • Elanın qoyulma tarixi: 25.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil mütləqdir.
  • Vəzifə üzrə iş təcrübəsi mütləqdir. (ən azı 3-5 il)
  • Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
  • Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
  • Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
  • Elektronika-Avtomatika sahəsində ali təhsil
  • Elektrik çertyojları oxuma bacarığı
  • Analiz və təhlilləri apara bilmək bacarığı
  • Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalıdır(Ingilis-rus dili bilənlərə üstünlük veriləcək)
  • Kompüter bilikləri: İnternet, Mirosoft Office, Excell-Word, Outlook.

İş barədə məlumat:

  • Avadanlıqların təmzimlənməsi, sazlanması işlərini görmək
  • Avadanlıqlara texniki baxışın keçirilməsi, diaqnostika- profilaktika işlərini görmək
  • Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
  • Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək
  • Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
  • Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri
  • Avadanlıqların texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək
  • Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək
  • Avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi, istismarda olan cihazların mühafizəsinə nəzarət edilməsi.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş qrafiki
  • İş saatları: 09:00-18:00
  • İş ünvanı: Bakı ş. Pirallahı ray.
  • Əmək haqqı: 2000-2500 Azn (başlanğıc).

Tələblərə uyğun şəxslər şəkilli CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Elektronika mühəndisi” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Diamed CO tərəfindən digər vakansiyalar