Texniki yoxlamalar üzrə mütəxəssis (Kürdəmir, Sumqayıt)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 24.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Ali təhsil (Mexanika, avtomatika, texniki sahələr) olmalı;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsinə sahib olmalı;
  • Texnoloji proseslərin aparılması qaydasını bilməli;
  • Kənd təsərrüfatı və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli;
  • İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı;
  • PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli;
  • Texniki təhlükəsizlik qaydalarını bilməli.

İş haqqında:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.

İş qrafiki:

  • Həftə içi 5 gün. 09:00-18:00

İş yeri:

  • Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
  • Sumqayıt

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Texniki yoxlamalar üzrə mütəxəssis ” və işləmək istədiyiniz bölgənin (Kürdəmir, Sumqayıt) adını qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi