İqtisadçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aylıq hesabatların hazırlanması;
  • Müxtəlif dövrlər ərzində gəlir və xərclərin analizi, seqmentasiyası;
  • İstehsala görə dəyişən və sabit xərclərə bölünməsi və məhsullar üzrə seqmentasiyasının aparılması;
  • Büdcənin hazırlanmasında iştirak;
  • Büdcəyə nəzarətin təşkili və zəruri məlumatların hazırlanması;
  • Normativ xarakterli sənədlərin hazırlanmasında aidiyyəti rəy və təklifin verilməsində iştirak edilməsi;
  • İstilik enerjisi istehsalının maya dəyərinin plan kalkulyasiyasının hesablanması, istehsalat xərclərinin müəyyən edilməsi, xidmətlərin maya dəyəri kalkulyasiyasının hesablanması;
  • İstilik enerjisi istehsalına yanacağın xüsusi sərfiyyatının, elektrik enerjisi, qaz və su sərfiyyatı tələbatının proqnoz göstəricilərinin hazırlanması;

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • Maliyyə və iqtisadiyyat üzrə ali təhsil;
  • Maliyyə hesabatlarına dair biliklər (MHBS);
  • Maliyyə analitikası, büdcə hazırlanması və nəzarəti üzrə biliklər;
  • Sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • ACCA / SİMA/CFA üzrə sertifikatların olması arzuolunandır;
  • Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan dili əla, ingilis və rus dilini yaxşı səviyyədə bilmək;
  • Komandada işləmə bacarığı;

İş mühiti:

  • Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində icra olunur. 
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur (Razılaşma əsasında)
  • İş vaxtı- Bazar ertəsi-Cümə, 08:30-17:30

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraq 06.11.2023-cü il tarixinə kimi email ünvanına göndərmələri xahiş olunur.