İnformasiya texnologiyaları üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Serverlərin qurulması, sazlanması və təhlükəsizliyinin təmin olunması;
  • Server avadanlıqları və server proqram təminatına texniki xidmətin göstərilməsi
  • Serverlərdə VMware ESXİ qurulması, sazlanması;
  • Active Directory, Group Policy, DNS, DHCP, File Serverlərin qurulması;
  • Site-to-Site, Remote access VPN-lərin qurulması və nasazlıqların aradan qaldırılması;
  • İnsidentlərin qeydə alınması və onların operativ həll olunması;
  • 1C əməliyyat sisteminin yeni versiyasının tətbiqi və inteqrasiyası ilə bağlı layihədə İT ilə bağlı işlərin koordinasiyasının həyata keçirilməsi;
  • Yeni avadanlıq və proqram təminatının quraşdırılması;
  • Proqram lisenziyalarının qeydiyyatının və nəzarətinin aparılması;
  • E-poçtun quraşdırılması və konfiqurasiyası;

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya oxşar ixtisas üzrə bakalavr və ya magistr dərəcəsində ali təhsil; 
  • Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
  • Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər;
  • Şəbəkənin işləmə prinsipləri, OSİ modeli və protokollar üzrə biliklər;
  • Əməliyyat sistemləri və proqram təminatları barəsində biliklər;
  • Hp, Cisco, Aruba şəbəkə avadanlıqları ilə işləmək bacarığı;

İş mühiti:

  • Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində icra olunur. 
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur (Razılaşma əsasında)
  • İş vaxtı- Bazar ertəsi-Cümə, 08:30-17:30

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnformasiya texnologiyaları üzrə mütəxəssis” yazaraq 30.12.2023-cü il tarixinə kimi email ünvanına göndərmələri xahiş olunur. 

Azəristiliktəchizat ASC tərəfindən digər vakansiyalar