İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Tikinti-quraşdırma işləri aparılan obyektlərdə işlərin işçi layihələrə uyğun aparılmasına nəzarətin həyata keçirilməsini təmin etmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Texniki sənədlərin hazırlanması, forma 2 və sahə üzrə digər sənədləri hazırlamağı bacarmalı;
- Yerinə yetirilmiş işlər barədə dövrü olaraq hesabatların hazırlanması;
- Layihə-smeta sənədlərini oxumağı bacarmalı;
Namizədlərə tələblər aşağıdakı kimidir:
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Tikinti normalarına dair bilikləri;
- MS ofis proqramları (MS Word, MS Excel, MS PowerPoint və s.) və AutoCAD ilə sərbəst işləmə bacarığı;
İş mühiti
- İş yeri: Bakı şəhəri
- İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə "Mühəndis" yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.