İnformasiya Texnologiyaları üzrə Mütəxəssis

İşin təsviri

İş Yeri: Pik Palace, Park Chalet (Shahdag) and Bilgah Beach 

Əlaqə: +994 51 201 4994

Vəzifə Öhdəlikləri: 

Bütün sahələrdə İnformasiya Sistemlərinin (IS) gündəmdən səmərəli və fasiləsiz fəaliyyətini həyata keçirmək. Bütün sahələrdə məhsuldarlığı artırmaq üçün Texniki Yardım təmin etmək. İnformasiya Texnologiyaları üzrə Mütəxəssis, izləmə proqramını istifadə edərək, texniki istəkləri yaratmaq və statusu yeniləmək və hər bir istifadəçinin problemi uğurla həll etməsinə kömək etmək üçün ümumiyyətlə bütün dəstək modellərini təqib edəcəkdir. 

Münasibətlər: 

  • İnformasiya Texnologiyaları üzrə Mütəxəssis Qrup üzrə İT və Kreativ Həll Yolları Direktoruna məruzə edir. 
  • Qrup və otellər üçün müəyyən siyasət və prosedurları həyata keçirərkən,digər komanda üzvləri ilə effektiv və səmərəli iş əlaqələri saxlayır. 
  • Lazım gələrsə İT bağlı məsələlərdə,otel bölmələrinin İT rəhbərliyi ilə birlikdə çalışır. 
  • Ehtiyac olarsa İT Direktorunun rəhbərliyi ilə digər qrup şöbələrlə əməkdaşlıq edir. 

Vəzifələr: 

  • Bütün İS avadanlıqları üçün davamlı profilaktik texniki qulluq proqramının icrasını davam edir. 
  • Avadanlıq hissələrinin və problemli sistemlərin vaxtında təmirini təmin edir. 
  • Avadanlığın sıradan çıxması və ya səhv işləməsi hallarında AHG və mehmanxana bölmələrinin fəaliyyətinin funksional vəziyyətdə saxlanılmasını təmin etmək məqsədilə bütün zəruri avadanlıq hissələrini təmin edir. 
  • İstənilən əsas İS sistemində fövqəladə halları aradan qaldırmaq üçün davamlı iyerarxiyanı təmin edir. 
  • Qrup üzrə İT və Kreativ Həll Yolları Direktorunun tapşırıqlarına uyğun olaraq proqram təminatınının ən yeni buraxılışını Menecment Sistemində saxlayır. 
  • Araşdırma və proqram təminatı ilə bağlı xetaların hesabatlarının, habelə təkmilləşdirmə tələblərinin vaxtında yoluna qoyulmasını koordinasiya edir. 
  • Əməliyyatların müvafiq qaydada əhatə edən proqram təminatı və avadanlıqların texniki xidmətinin təmin edilməsi üçün xidmət müqavilələrinin imzalanmasında İnformasiya Sistemləri üzrə Menecerinə kömək etmək. 
  • Sistemlərinin effektivliyinin yüksəldilməsi məsələsində digər şöbələrə köməklik göstərmək. 
  • Bütün informasiya sistemləri avadanlıqları üçün məlumatların arxiv (rezerv) surətinin olmasını təmin etmək üçün prosedurlar müəyyən etmək. 
  • Sistemlərin saxlanması və təkmilləşdirilməsi İT dəstəyi cari sistemlərin yenilənməsini və düzgün işləməsini təmin etmək. Həm də ehtiyac duyulduqda sistemin və komponentlərinin təkmilləşdirilməsi təşkil etmək. Yeni avadanlıq, proqram təminatı və ya avadanlıqların təkmilləşdirilməsi və ya satın alınması zamanı tədqiqat aparıb xərc analiz məlumatları vermək. 

Bilgah Beach Hotel tərəfindən digər vakansiyalar