Mexanik-çilingər

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisədə avadanlıqların təmirini təşkil etmək;
  • Bütün avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirtmək;
  • İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
  • Texniki xidmətlərlə bağlı hesabatlar hazırlamaq;    
  • Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini təyin etmək;       
  • İllik texniki xidmət planına uyğun olaraq planlı təmirini təşkil etmək;  

Namizədə tələblər:

  • Cinsi: Kişi
  • Yaş həddi: 25-40
  • Təhsili: Orta ixtisas, Ali
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
  • Operativlik
  • Problemləri həll etmə bacarığı

Əlavə məlumat:

  • İş rejimi: 6 günlük
  • İş saatı: Həftə içi 08:00-17:00, şənbə günü 08:00-15:00
  • Nahar şirkət hesabına
  • Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
  • Əmək haqqı: Razılaşma ilə (Müraciətçinin bilik və bacarığına uyğun olaraq)
  • İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129. (Hökməli dairəsinin yaxınlığı)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-nizi göndərdikdə mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Mexanik-çilingər” qeyd etməyiniz xahiş olunur.