Çilingər-mexanik

İşin təsviri

Əmək funksiyası: 

  • Əsas və yardımçı avadanlığının, yükqaldıran maşın və mexanizmlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq;
  • Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərinin yerinə yetirmək;
  • Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərinin yerinə yetirmək, Takelaj avadanlıqları və ləvazimatları sınaqdan çıxarmaq;
  • Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturların zədələnməsinin aşkar etmək, yeyilmənin səbəbi və dərəcəsini təyin etmək;
  • Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
  • Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan çıxarılmaya, təzyiq altında yoxlanılmaya və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq;
  • Quraşdırma oxlarının nişanlanma, qurulma və yerinin dəyişdirilmə üsullarını təşkil etmək;
  • Quraşdırılan avadanlığın tarazlaşma, mərkəzləşmə, yoxlanılıb düzəldilmə və tənzimlənmə üsullarını təşkil etmək;
  • Əl və mexanikləşdirilmiş alətlərin köməyi ilə düyünlərin iriləşdirilmiş formada yığmaq;
  • Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmaq. Qol boru və keçidlərin yerində hazırlamaq;
  • Şablon üzrə detalları nişanlamaq. Oyuqları deşmək. Yivli və flanslı birləşmələri yığmaq;
  • Mexanizm düyünlərinin və polad sürüşən qəlib elementlərinin yığmaq və sökmək;
  • Metalkonstruksiyanı düzəltmək. Bitişmə yerlərinin quraşdırıcı boltlarla bərkitmək.

Bilməlidir:

  • Quraşdırılan, sökülən, təmir olunan avadanlıqların təyinatını;
  • Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatların nomenklaturasını;
  • Fiziki-mexaniki analiz üçün cihazların və onların seçmə qurğularının işləmə prinsipini və quraşdırma xüsusiyyətlərini;
  • Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını;
  • Avadanlıqların işlənmə və yerdəyişmə, habelə mexanikləşdirilmiş takelaj avadanlığından istifadə etmə üsullarını;
  • Mexanikləşdirilmiş alətdən istifadə etmək üsullarını. Quraşdırılmış avadanlıqların yoxlanıb düzəldilməsinin ən sadə üsullarını;
  • Yanğın təhlükəsizliyinin tələblərini bilməli və yanğından mühafizə vəsaitlərindən istifadəni;

Namizədə tələblər:

  • Təhsil: Peşə ixtisas təhsili
  • İş təcrübəsi: Ən azı 1 il

İş şərtləri: 

  • Əmək haqqı:  Razılaşma əsasında
  • İş rejimi: növbəli
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
  • Əlavə təminatlar:  Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Çilingər-mexanik” başlığı altında qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur