Havalandırma (HVAC) sistemləri üzrə çilingər

İşin təsviri

Vəzifənin məqsədi:

  • Havalandırma, isitmə və soyutma sistemlərinin iş performansına, texniki xidmət və təmir işlərinə sahədə nəzarətin aparılması

Vəzifə öhdəlikləri:

  • Yarımstansiyalar üzrə (İnzibati, Operator binaları və s. daxil) Neft Emalı zavodunda (HAOR) İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaları həyata keçirmək, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy vermək; 
  • Quraşdırma , sazlama ,  sınaq və istismara buraxılması işlərinə nəzarət etmək;
  • Avadanlıqların soyutma-isitmə güclərini, hava miqdarını və digər texniki parametrlərini düzgün yoxlamaq;
  • Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət etmək və dəstək göstərmək;
  • Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
  • Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq planın hazırlanmasında iştirak etmək və plana uyğun nəzarət işləri aparmaq;
  • Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
  • Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə orta-ixtisas təhsili (Texniki sahə üzrə);
  • Havalandırma sistemlərinin avtomatikası, havalandırma, isitmə və soyutma sistemləri üzrə minumum 5 il iş təcrübəsi
  • İngilis dili biliyi arzu olunandır

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Havalandırma (HVAC) sistemləri üzrə çilingər” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 10.04.2024

İşəgötürənin reytinqi