Sex Rəisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sex rəisi əmək şəraitinin vəziyyətinə operativ nəzarət edir;
  • Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s üçün təchizat planının hazırlanması, müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət edir və dəstək göstərir;
  • Müəssisədə istehsalın keyfiyyətinə nəzarət edir və istehsalın artırılmasına dair tədbirlər həyata keçirir;
  • İstehsal zərurəti ilə bağlı xammal qəbulu və gündəlik ehtiyat qalığının hesabatını aparır;
  • Müəssisədə çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edir;
  • Avadanlıq və texniki vasitələrin saz vəziyyətdə olmasına nəzarət edir;
  • Müvafiq olaraq periodik təmir baxım işlərini planlaşdırır və həyata keçirir;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edir;
  • Birbaşa rəhbərliyin tapşırıq və sərəncamlarını yerinə yetirir;

Namizədə tələblər:

  • Yaş həddi: 25-35
  • Təhsil: Orta ixtisas (Ali təhsil arzuolunandır)
  • Kompüter biliyi: MS Office
  • Texniki biliklərin olması
  • Operativlik
  • Problemləri həll etmə bacarığı
  • Cinsi: Kişi
  • İş təcrübəsi: 1-3 il (yem, yağ, un istehsalı üzrə arzuolunandır)

Əlavə məlumat:

  • İş rejimi: 6 günlük
  • İş saatı: Həftə içi 08:00-17:00, şənbə günü 08:00-15:00
  • Korporativ nömrə
  • Nahar şirkət hesabına
  • Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
  • Razılaşma ilə (Müraciətçinin bilik və bacarığına uyğun olaraq)
  • İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129. (Hökməli dairəsinin yaxınlığı)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərməyiniz xahiş olunur.

CV-nizi göndərdikdə mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiya nın adını “Sex rəisi” qeyd etməyiniz xahiş olunur.