Laborant

İşin təsviri

Namizədə tələblər:

  • Cİnsi: Kişi
  • Yaş: 25-35
  • Ali təhsil (Kimya, Kimya mühəndisliyi)
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsi
  • MC Office proqramlarında sərbəst istifadə bacarığı
  • Gecə növbəsində işləmək

Vəzifə öhdəliyi:

  • İstehsal olunan məhsulların orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji analizlərini aparmaq;
  • Laboratoriya analizlərini, proseslərin davamiyyətini təşkil etmək və analiz nəticələrini, testlər, ölçmə, nəticələrin qeydiyyatını saxlamaq, rəhbər sənədlərə uyğun olaraq hazırlamaq;
  • Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından onların öz təlimatlarına uyğun istifadə etmək, təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Eksperimentlərin hazırlamasında iştirak etmək, cihazların göstəricilərini, təhlil nəticələrini işçi jurnalında qeyd etmək;
  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil etmək;
  • İstehsalatda istifadə olunan əsas və köməkçi xammalların standartlara və təsdiq olunmuş analiz sertifikatlarına uyğun analizlərini aparmaq;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;

İş barədə:

  • İş rejimi: 6 günlük
  • İş saatı: Həftə içi 09:00-dan - 17:00-dək, həftə sonu 09:00-15:00
  • Gecə növbəsi mövcuddur
  • Nahar şirkət hesabına
  • Bakı şəhərindən servis xidməti
  • Əmək haqqı 600 - 700 azn
  • İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda şəkilli CV- nizi mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Laborant” qeyd etməklə göndərməyiniz xahiş olunur.