İnşaat mühəndisi / Sahə rəisi

İşin təsviri

Hal hazırda Laçın, Xocalı və Qarabağ bölgəsində davam edən işlərimizə mühəndis-idarəedici axtarışımız var.

  • Yerinə yetiriləcək işlər üçün hazırlıq işlərinin yerinə yetirilməsinə (material ve isci quvvesinin planlasdırılması) və iş qrafiklərinə nəzarət etmək;
  • Tikintidə yerinə yetirilən işlərə nəzarət etmək, işlərin qəbulunda, təhvil-təslimində iştirak etmək;
  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək; 
  • Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;
  • İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
  • Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək;
  • Tikinti zamanı baş verən dəyişikliklərə uyğun olaraq smetanın düzəlişləri aktların yazılması və Texniki hesabatların hazırlanması (forma 2, forma 3, xərclərin analizi)
  • Həm sifarişçi, həm də podratçı şirkətlər ilə hesabatların düzgün görülməsinə nəzarət etmək; 

Tələblər:

  • Tikinti üzrə təcrübə üzrə azı 5 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office, Autocad;
  • Tikinti normalarına dair biliklər
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, 

İş şəraiti:

  • İş qrafiki: 09:00 18:00
  • İş günləri: Həftənin altı günü iş ( 6/7)
  • Təhsil: Ali
  • Əmək haqqı:müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
  • Kompüter bilikləri: 3ds Max, AutoCAD.
  • Korporativ nömrə,nahar şirkət tərəfindən təmin olunur

Creative and Innovative Solutions tərəfindən digər vakansiyalar