Təmirçi-çilingər

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qazma və neft-mədən avadanlıqlarını, mürəkkəb qovşaq və mexanizmləri sökmək, təmir etmək, yığmaq və sınamaq.
  • Aqreqat və maşınları təmir etmək, quraşdırmaq və sökmək, sınamaq, tənzimləmək, sazlamaq və təmirdən sonra təhvil vermək.
  • Detal və qovşaqların 7-10-cu kvalitetlər (2-3-cü dəqiqlik dərəcələri) üzrə çilingər emalını aparmaq
  • Təmir və quraşdırmaq üçün mürəkkəb alətləri düzəltmək.
  • Təmir üçün qüsurlar siyahısını tutmaq.
  • Qaldırıcı nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərini yerinə yetirmək. 

Tələb olunan bacarıqlar və kvalifikasiyalar: 

  • Təmir olunan avadanlığın, aqreqat və maşınların quruluşu üzrə biliklər
  • Maşın və avadanlıqların təmiri, yığılması, sınanması prosesində qüsurların aradan qaldırılması bacarıqları
  • Mürəkkəb nəzarət-ölçü alətinin quruluşunu, təyinatını və tətbiq şərtləri üzrə biliklər 
  • Universal və xüsusi ləvazimatın konstruksiyasını, müxtəlif qeyri-mürəkkəb detalların nişanlama və emal üsullarını, oturtmalar, kvalitetlər və nahamarlıq parametrlər sistemi üzrə biliklər 
  • Turşuyadavamlı və başqa ərintilərin xassələri üzrə biliklər
  • Avadanlığın planlı xəbərdarlıq təmirinin müddəaları üzrə biliklər
  • Peşə sertifikatı VƏ YA müvafiq sahə üzrə alt dərəcədə ən azı 6 ay olmaqla iş staj

İş yeri: Bakı şəhəri (Qala, Maştağa, Buzovna, Zirə qəs.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət üçün:

Mövzu hissəsində “Təmirçi-çilingər” yazaraq e-mail ünvanına öz CV-inizi göndərə bilərsiniz.

Yalnız vakansiyaya uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.