Mühəndis-texnoloq

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Neft-mədən obyektlərində qoyulmuş texnoloji iş rejimlərinə riayət edilməsini, istehsalın texnoloji hazırlığını təmin etmək.
  • Quyuların və başqa istehsal obyektlərinin texnoloji iş rejimlərinin tərtib edilməsində iştirak etmək.
  • Obyektlərin müəyyən olunmuş texnoloji iş rejimlərinə uyğun olaraq istismar edilməsini təmin etmək.
  • Neft və qaz hasilatı və məhsuldar laylara işçi agentin vurulmasında texnoloji prosesin pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək.
  • Neft və qaz hasilatı üzrə müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsinə istiqamətləndirilmiş geoloji-texniki tədbirlər işləyib hazırlamaq.
  • Neft və qazçıxarma briqadalarının texniki, texnoloji və başqa sənədlərlə vaxtında təmin olunmasını təşkil etmək.
  • İstehsalın texnoloji rejimlərinin dəyişməsi və təshihi ilə əlaqədar olaraq texniki sənədlərdə düzəlişlər etmək.
  • Başqa bölmələr tərəfindən neft və qazçıxarma sexinə xidmət göstərilməsi üçün sifarişlər tərtib etmək.
  • Quyularda, boru kəmərlərində duz çöküntüləri (korroziya) ilə mübarizə üzrə tədbirlər işləyib hazırlamaq və onların yerinə yetirilməsini təmin etmək.
  • Quyuların vaxtında təmirə hazırlanmasını təşkil etmək.
  • Quyuların yeraltı və əsaslı təmiri, quyudibi zonaya təsir etmə əməliyyatlarının aparılması üçün plan-qrafiklərin (naryad-tapşırıqların) tərtib edilməsində iştirak etmək.
  • Neft-mədən obyektlərində yerinə yetirilmiş təmir işlərinin keyfiyyətinə nəzarət etmək.
  • Neft və qazın hasilatı, yığılmasının texnoloji proseslərini təhlil etmək və onların təkmilləşdirilməsi üzrə təklifləri işləyib hazırlamaq.
  • Neft və qazın hasilatı və yığılmasında yeni texnoloji proseslərin mənimsənilməsi üçün eksperimental işlərin keçirilməsində və onların istehsalatda tətbiqinə, neft-mədən obyektlərinin tikinti layihələrinin müzakirəsində iştirak etmək.
  • Texnoloji qurğularda və istismar quyularında baş vermiş qəzaların qeydiyyatını aparmaq.
  • Qəzaların səbəblərini təhlil etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək.
  • İstehsal mədəniyyəti və səmərəliyinin yüksəldilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin, material, yanacaq, enerji məsrəflərinin texniki əsaslanmış normalarının işlənib hazırlanmasında və tətbiq olunmasında iştirak etmək.
  • Material-texniki vəsaitlərdən və nəqliyyatdan səmərəli istifadə olunmasına nəzarət etmək.

Tələb olunan bacarıqlar: 

  • Neft-mədən avadanlıqlarını və onların texniki istismar qaydaları
  • Neft və qazçıxarma üzrə istehsal prosesinin texnologiyası
  • Quyu tikintisi texnologiyasının əsasları
  • Neft-mədən obyektlərində texniki nasazlığın, qəzaların əmələ gəlmə səbəbləri, onların qarşısının alınması və aradan qaldırılması üsulları
  • Kompüter texnologiyası, rabitə və digər kommunikasiya vasitələri ilə iş üsulları
  • Daxili intizam qaydaları
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və normaları
  • Microsoft Word və Excel istifadə etmə bacarığı

Tələb olunan kvalifikasiyalar: 

  • Müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 2 il iş stajı
  • Müvafiq sahə üzrə sertifikatlar arzuolunandı

İş yeri: Bakı şəhəri (Qala, Maştağa, Buzovna, Zirə qəs.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət üçün:

Mövzu hissəsində “Mühəndis-texnoloq” yazaraq e-mail ünvanına öz CV-inizi göndərə bilərsiniz.

Yalnız vakansiyaya uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Taghiyev Operating Company tərəfindən digər vakansiyalar