Topoqraf

  • Shahbulag Mining
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
  • Əldə olunmuş məlumatların işlənməsi;
  • Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi
  • Sadə layihələrin və sxemlərin işlənməsi, onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqi
  • Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak etmək, onların əldə olunması üçün tələblərin tərtib edilməsi
  • Planlaşdırılmiş və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması
  • Geodeziya istinad şəbəkəsinin qurulması;
  • Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması;
  • Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması
  • Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), Auto Cad bilməli;
  • Topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması;
  • Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
  • İş rejimi – Beş günlük; (istirahət vaxtı – şənbə və bazar günü)
  • Nahar – Şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Ağdam şəhəri, Şahbulag kəndi
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Topoqraf” qeyd etməklə göndərilməsi xahiş olunur.