Horeka satış nümayəndəsi

  • Khazar Trade
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil vacibdir (maliyyə, marketing üstünlük verilir)
  • İş təcrübəsi: Mövcud vəzifə üzrə 2 il iş təcrübəsi
  • Xarici dil: Arzu olunandır
  • Yaş həddi: 22-30 yaş
  • Sürüclük vəsiqəsi vacibdir (B)
  • Cins: Kişi namizədlərə üstünlük verilir
  • Satış texnikalarını bilmək
  • İş saatları: 08:00 - 17:00
  • İstirahət günləri: Şənbə və Bazar günləri
  • Tibbi sığorta mövcuddur
  • Avtomobil şirkət tərəfindən təqdim edilir

Şəxsi keyfiyyətlər:

  • Effektiv ünsiyyət.
  • Təqdimat bacarığı.
  • Problem həll etmə.
  • Təzyiq altında işləmək.
  • Hədəf və məqsədyönümlü.
  • Gülərüz.

Vəzifə təlimatları:

  • Sahə üzrə satış menecerindən nəqliyyat vasitəsini təhvil alır. Ondan bölgəsini, oradakı satış nöqtələrinin yerini öyrənir;
  • Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir;
  • Şirkət distribyutoru olaraq təmsil etdiyi şirkətlərin məhsullarını tanımalı. Bu məhsullar haqqında lazımı məlumata malik olmalı;
  • Əvvəlcədən müəyən olunmuş satış marşrutu üzrə satış nöqtələrini ziyarət edir. Müştərinin məhsul ehtiyaclarını müəyyən edir və bu ehtiyaclara müvafiq olaraq müştəridən sifarişlərini qəbul edir;
  • “Palm” elektron qurğusundan düzgün istifadə etməli;
  • Əldə etdiyi sifarişləri şirkətə məxsus palm qurğusunun  yaddaşına daxil edir və həmin məlumatları sifarişlərin toplandığı informasiya mərkəzinə göndərir;
  • Satış ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir;
  • Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış nöqtələrində satışını təmin edir, bununla bağlı çatışmamazlıqları aradan qaldırır;
  • Şirkətin müştərilərinə satılmış məhsulların satışından əldə edilən maddi vəsaiti ( pul və s.) müştərilərdən təhvil alaraq şirkətin xəzinəsinə təhvil verərək mədaxil etdirir;
  • Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımalı, yeni müştəriləri müəyyən edərək onları  şirkətə cəlb etməli. Müştərilərlə müqavilə bağlanmasını təmin edir, onlarla işgüzar münasibətlər yaradır və davam etdirir;
  • Şirkətin qiymət siyasəti ilə bütün satış nöqtələrindəki müştəriləri tanış etmək, qiymət təkliflərini irəli sürür;
  • Sahə üzrə satış menecerinin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə  yerinə yetirməlidir.

Yuxarıda qeyd edilən tələblərə cavab verən namizədlər öz CV-formalarını 10.11.2023-cü il tarixinə kimi mövzu hissəsində Horeka satış nümayəndəsi qeyd edərək göndərməyiniz xahiş olunur.