Təchizat üzrə menecer

  • Premium Mining
  • Elanın qoyulma tarixi: 16.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təchizat əməliyyatlarının tələb etdiyi xərclərin qiymətləndirilməsini və analizini aparır;
  • Təchizat əməliyyatlarının effektliyinin qiymətləndirilməsi və analizini aparır;
  • Logistik proseslərin optimallaşdırılması üzrə təkliflərlə rəhbərlik qarşısında çıxış edir;
  • Satınalma strategiyasının hazırlanmasını təmin edir;
  • Təchizat zəncirinin idarəedilməsi strategiyasını təmin edir;
  • İddiaçıların cəlb olunmasını, müsabiqənin təşkilini və keçirilməsini təmin edir;
  • Mal-material və avadanlıqlar barədə rəyin alınmasına rəhbərlik edir;
  • Şirkətin struktur bölmələrindən tələbnamələrin toplanmasına rəhbərlik edir;
  • Müqavilələrin bağlanmasına rəhbərlik edir;
  • Rəhbərlik etdiyi struktur bölmə üzrə illik əməliyyat planları, aylıq, həftəlik və ya gündəlik tapşırıqların hazırlanmasına icrasına nəzarət edir;
  • Təchizat sənədləşməsinin aparılmasına rəhbərlik edir;
  • Nəqliyyat xidmətlərini, daşınma prosesini həyata keçirmək və qeyri rasional daşımaların qarşısını almaq işinə rəhbərlik edir;
  • Ehtiyac yaranan texnikaları araşdırır, danışıqlar aparır və müqavilələr imzalayır;
  • Mal hərəkəti ilə əlaqədar bütün proseslərin proqram üzrə aparılmasına nəzarət və rəhbərlik edir.
  • Material ehtiyatlarının və komplektləşdirici dəstlərin vəziyyətinin, müəssisədə istehsal ehtiyatlarının operativ tənzimlənməsinin, material resurslarının buraxılması limitinə nəzarətin və onların müəssisə bölmələrində təyinatı üzrə xərclənməsinin yoxlanılmasına rəhbərlik edir;
  • Avtomobillərlə, vaqonlarla idxal olunan məhsulların, mal-materialların, əsas və köməkçi vəsaitlərin gömrük orqanlarında rəsmiləşdirmə işlərini aparmaq üçün lazımi sənədlərin hazırlanmasına nəzarət edir;
  • Sənədləri gömrük bəyamnaməsinin hazırlanması üçün müvafiq Gömrük İdarəsinə təqdim edilməsinə nəzarət edir;
  • Gömrük bəyamnaməsinə uyğun olaraq hesablanmış dövlət rüsumunu ödəniləsinə və ödənilmiş dövlət rüsumunun qəbzlərini müvafiq orqanlara (şəxslərə) təqdim edilməsinə nəzarət edir;
  • Gömrük işlərini həyata keçirdiyi zaman rəhbərliyin tapşırıqlarını  Azərbaycan Respublikası qanunları çərçivəsində həyata keçirir;
  • Rəhbərlik etdiyi struktur bölmə üzrə iş bölgüsününün aparılmasına rəhbərlik edir;

Namizədə olan tələblər:

  • Ali təhsil.
  • Dil biliyi: ingilis və rus dilləri
  • Təchizat və satınalma sahəsində 3 il iş təcrübəsi;
  • Təchizat sahəsində serifikatlara malik olmalı;

İş şəraiti:

  • 5 günlük iş norması 
  • Nəqliyyat servisi ilə təminat;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına  (“Təchizat üzrə menecer” başlığı ilə) göndərməyini xahiş edirik.