İnsan Resursları üzrə Menecer

  • Burger King
  • Elanın qoyulma tarixi: 13.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-40 yaş arasında;
  • Ali təhsilli olması;
  • Səlis azərbaycan və rus dili bilikləri,ingilis dili -arzuolunandır;
  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • AR Əmək Məcəlləsi üzrə yaxşı biliklər;
  • Müasir İnsan Resursları trendlərini bilməlidir;
  • Microsoft Office və 1C proqramları üzrə yaxşı biliklər;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Danışıqlar,qərar vermə və təqdimat bacarıqları;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • İdarəçilik və təşkilatçılıq bacarıqları;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin İR strategiyasının hazırlanmasında iştirak etmək;
  • Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi,kadrların axtarışı və  uyğun namizədlərin seçilməsi;
  • Kadr bazasının yaradılması;
  • Kadr rezervinin yaradılması;
  • Kadr seçimi prosesinin nəticələrinə nəzarət edilməsi;
  • Şirkətin kadrlarla təmin edilməsi üçün bütün mənbələri aşkar etmək məqsədilə əmək bazarının öyrənilməsi;
  • Yeni işçilərin vəzifəyə tez adaptasiya üçün yönəldilmiş tədbirlərin təşkili;
  • İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
  • İşçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlanması və həyata keçirilməsi;
  • Qiymətləndirmə və motivasiya sistemlərinin tətbiq edilməsi;
  • İşçilərin motivasiyası, inkişafı və korporativ mədəniyyətin tətbiqi və inkişaf etdirilməsi;
  • Bonus sisteminin qurulması və təmin edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına davamlı olaraq nəzarətin aparılması;
  • İR Departamentinin büdcəsinin planlaşdırılması və nəzarət olunması;
  • İR ilə bağlı kommunikasiyaların idarə edilməsi. yaxşı iş mühitinin saxlanmasına və işçilər arasında müsbət münasibətlərin qurulmasının təmin edilməsi;
  • Təlim zəruriyyətinin aşkarlanması və təlim planının hazırlanması və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunması, xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
  • Daxili nizam-intizama nəzarət edilməsi;
  • Kadr sənəd dövriyyəsinin aparılmasına nəzarətin təşkil edilməsi;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
  • İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi;
  • İşçilər barədə hesabatların tərtib edilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.