Satışa dəstək mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kibertəhlükəsizlik məhsulları və xidmətlərinin texniki aspektlərini başa düşmək və onların əhəmiyyətini potensial müştərilərə effektiv şəkildə çatdırmaq. 
  • Müştəri tələblərini müəyyən etmək və texniki həllər təqdim etmək üçün satış komandası ilə yaxından işləmək və uğurlu satış və gəlir əldə etməkdə dəstək olmaq.
  • Kibertəhlükəsizlik məhsulları, xidmətləri və trendlərini  davamlı təqib etmək.
  • Satış heyəti ilə birlikdə müştərinin ehtiyaclarını müəyyənləşdirmək, texniki müzakirələr aparmaq və müştəriyə uyğun həllərin təqdimatını etmək.
  • Hər bir müştərinin unikal tələblərinə cavab verən fərdiləşdirilmiş kibertəhlükəsizlik həlləri hazırlamaq üçün texniki və mühəndis heyəti ilə birlikdə işləmək.
  • Təklif Sorğularına (RFPs) və Məlumat Sorğularına (RFI) texniki cavabların hazırlanması.
  • Müştərilərə təklif olunan həlli izahı üçün sxemlər, diaqramlar və digər məlumatları özündə əks etdirən texniki sənədlər (technical proposal) hazırlamaq. 
  • Təklif olunan kibertəhlükəsizlik həllinin effektivliyini təsdiqləyən pilot layihələrin planlamasında və keçirilməsində dəstək olmaq. 
  • Şirkətin portfelində olan kibertəhlükəsizlik həllərinin bazarda olan alternativ həllərlə rəqabət analizini aparmaq.
  • Satış komandasına və ehtiyac yarandığı halda müştərilərə təklif olunan həll və məhsulları daha yaxşı başa düşmələri üçün təlimlər vermək.
  • Təklif olunan kibertəhlükəsizlik həll və xidmətləri haqqında müştərilərin rəylərini öyrənib şirkətə təqdim etməklə şirkət və müştəri arasında körpü rolunu oynamaq.
  • Satışın uğurlu olması, müştəridə yarana biləcək narahatlıqları aradan qaldırmaq üçün texniki sualları araşdırıb cavablandırmaq və satış komandası ilə daim birlikdə işləmək

 

Davranış bacarıqları:

  • Əməkdaşlıq və effektiv ünsiyyət 
  • Təqdimat bacarıqları
  • Güclü satış bacarığı 
  • Təhlil etmək və problem həll etmək bacarığı.
  • Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
  • Komandada işləmək bacarığı 
  • Davamlı öyənmə və özünü inkişaf istəyi

Xüsusi tələblər:

  • Təhsil: Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya müvafiq texniki peşələr sahəsində bakalavr dərəcəsi.
  • İş təcrübəsi: Kibertəhlükəsizlik mühəndisi, kibertəhlükəsizlik üzrə məsləhətçi, texniki satış mühəndisi kimi oxşar sahələrdə 3-5 il təcrübəsi olan şəxslərə üstünlük verilir.
  • Xarici dillər: Azərbaycan, ingilis (mütləq)  və rus (arzuolunandır) dillərində danışmaq və yazmaq.
  • Texniki biliklər: Kibertəhlükəsizlik prinsipləri, təcrübələri və texnologiyaları haqqında eləcə də aşağıdakı istiqamətlərdə dərin biliklər:
  • Network security
  • Endpoint security
  • Cloud security
  • Identity and access management (IAM)
  • Threat detection and prevention
  • Encryption and data protection
  • Security compliance and regulations
  • Zəifliklərin qiymətləndirilməsi, nüfuz testi və təhlükəsizlik təhlili üçün istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyaları üzrə bacarıqlar.
  • Sertifikat: Aşağıdakı sertifikatları olanlara üstünlük verilir:
  • Certified Information Systems Security Professional (CISSP)
  • Certified Information Security Manager (CISM)
  • Certified Ethical Hacker (CEH)
  • Certified Information Systems Auditor (CISA)
  • CompTIA Security+
  • Dünyanın aparıcı kibertəhlükəsizlik şirkətlərinin verdiyi sertifikatlar (IBM, Cisco, Palo Alto, Check Point, Fortinet, CyberArk və s.).
  • Bazarda mövcud olan geniş çeşidli kibertəhlükəsizlik məhsulları, həllər və xidmətlərlə tanışlıq və cari təhdidlər, zəifliklər və sənayenin ən yaxşı təcrübələri daxil olmaqla kibertəhlükəsizlik mühitini dərindən başa düşmək.

Ümumi tələblər:

  • Mürəkkəb kibertəhlükəsizlik problemlərini təhlil etmək və onların həlli üçün müvafiq həllər hazırlamaq bacarığı.
  • Müştərilər üçün texniki təkliflər, diaqramlar və hesabatlar yaratmaq üçün güclü sənəd hazırlamaq bacarıqları.
  • Müştərilərlə qarşılıqlı əlaqənin və texniki sənədlərin dəqiq qeydiyyatını aparmaq bacarığı.
  • Tənzimləmələr və uyğunluq standartları (ISO27001, NIST, CIS və s.) haqqında biliklər.
  • Kibertəhlükəsizlik sahəsində yeni yaranan təhdidlər və texnologiyalar haqqında daim yenilənən məlumatları izləmək.

B&B Security Alliance tərəfindən digər vakansiyalar