Elektronçu

İşin təsviri

Əmək funksiyası:

  • Elektron sistemlərə nəzarət və tələb olunanda təmiri;
  • İllik planların, iş, texniki xidmət, avadanlığın təmiri cədvəllərinin, onların istismarının yaxşılaşdırılması, zay məhsulun və boşdayanmanın qarşısının alınması, işin keyfiyyətinin artırılması, hesablama texnikasından səmərəli istifadə tədbirlərinin işlənib hazırlanmasında iştirak etmək;
  • Maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirir, avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparır və onları təmir edir;
  • Elektron-hesablama maşınlarının, radioelektron aparatlarının element və bloklarını və ayrı-ayrı qurğu və düyünlərini qaydaya salır;
  • Elektron texnikasına texniki xidmət edir; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edir;
  • Təsdiq olunmuş sənədlərə uyğun olaraq təmir işlərini vaxtında və keyfiyyətlə aparılması tədbirlərini görür;
  • Avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edir. Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak edir;
  • Elektron-hesablama maşınlarının texniki imkanlarını genişləndirmək, hesablama komplekslərini yaratmaq məqsədi ilə elektron-hesablama maşınlarına əlavə olaraq xarici qurğuları qoşma imkanını öyrənir;
  • Avadanlığın istifadə olunmasının uçotunu aparır və göstəricilərini təhlil edir, onun iş rejimini və istismar olunması şərtlərini öyrənir, elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlayır;
  • Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatları tərtib edir;
  • Elektron texnikasının vaxtında ehtiyat hissələri və materialları ilə təmin edilməsinə nəzarət edir, radioelektron aparatlarının mühafizəsini təşkil edir;
  • Elektron avadanlığının düzgün texniki istismarını, fasiləsiz yüksək məhsuldarlıq işini təmin etmək.

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır