Elektrik

İşin təsviri

Əmək funksiyası:

  • İstehsal prosesində yaranan elektrik problemlərinin aradan qaldırılması və cihazlarda işləmək bacarığı;
  • Təmir edilmiş elektrik avadanlıqlarının, çəkilmiş kabellərin istismara qəbul edilməsində iştirak etmək;
  • Yeni elektrik avadanlıqlarının və cihazların quraşdırılması;
  • Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
  • Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
  • Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
  • Elektrik sistemində olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
  • Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
  • Avadanlıqlara, aparatlara, nasoslara və digər inventarlara texniki xidmət göstərmək, onların profilaktikasını və təmir işlərini görmək;
  • Texniki avadanlıqların istismarını və təmirini, avadanlıqları istehsal edən zavodun təlimatına uyğun aparmaq;
  • Elektrik avadanlıqlarının və elektrik şəbəkəsinin sabit və fasiləsiz işləməsini, düzgün istismar olunmasını və vaxtı-vaxtında təmirini təmin etmək;
  • Alınmış elektrik avadanlıqlarının saxlanılmasını və qeydiyyatını aparmaq, kitabda onların istifadə olunması haqda qeydlər etmək. İstifadəsiz (nasaz) elektrik materiallarını qeydiyyatdan silinənə qədər anbarda ayrıca saxlamaq;
  • Elektrik avadanlıqlarının iş şəraitini öyrənmək, elektrik itkilərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Enerji sisteminin maksimal yüklənmə saatlarında elektrik şəbəkəsinin qeyri-bərabər yüklənməsi hallarını aradan qaldırmaq və obyektin normal işləməsi üçün müvafiq tədbirlər görmək;
  • Elektrik Qurğularının Təhlükəsizlik Texnikası və Texniki İstismar Qaydalarına ciddi riayət etmək;
  • Növbə ərzində (növbəli iş olduqda) yerinə yetirilmiş bütün işlərin qeyd olunduğu elektrikin növbətçilik kitabını doldurmaq;
  • Generatora müəyyən olunmuş vaxtda texniki xidmət göstərilməsini təmin etmək üçün dizel-generatorun texniki vəziyyətinə müntəzəm nəzarət etmək, hər hansı nasazlıq aşkar edildikdə təxirəsalınmaz tədbirlər görülməsi üçün rəhbərliyə məlumat vermək;
  •  Yanacaq paylayan qurğuları mütəmadi yoxlamaq və nəzarətdə saxlamaq;
  • Elektrik məftilllərinin neft məhsullarından azı 01 (bir) metr məsafədən aralı keçməsinə nəzarət etmək;
  • Elektrik yüklənməsini torpağa ötürən sistemin müqavimətini ildə bir dəfədən az olmayaraq yoxlamaq və nəticəsini protokollaşdırmaq;
  • Təhlükəsizliyi təmin etmək məqsədi ilə yanacağı çənlərə boşaltmağa başlayana qədər avtoçəni torpaqlayıcı qurğuya birləşdirmək;
  • Yanğın təhlükəsi olarsa, mühafizə sistemi istisna olmaqla texnoloji sistemin elektrik xətlərini ayırmaq;
  • İşçilərini elektrik sahəsində təhlükəsizlik mövzuları ilə əlaqədar daim təlimatlandırmaq, bu qaydaların ciddi surətdə yerinə yetirilməsinə nəzarət etmək;
  • İlkin yanğınsöndürmə vasitələrinin yerləşdiyi yeri və onlardan istifadə olunması qaydalarını bilmək;
  • Avadanlıqların istismarı, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə üzrə qaydaları, təlimatları yerinə yetirməyi, qəzaların və yanğınların aradan qaldırılması planı üzrə öz öhdəliklərini, fərdi mühafizə vasitələrindən istifadə etməyi və s. bilmək;
  • Nəzarət-ölçü cihazları vasitəsilə vaxtaşırı bütün elektrik avadanlıqlarının parametrlərinin ölçülməsi işini təşkil etmək.

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır