Anbar müdiri

İşin təsviri

Əmək funksiyası:

  • Anbar sisteminin qurulması, nəzarət edilməsi. Xammalların stokuna nəzarət. Planlama və işçilərin idarə olunması.
  • Lazım olan material və inventarın təcili tapılmasının təşkili.
  • Anbara yığılmış maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi.
  • Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi.
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
  • Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi.
  • Maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak etmək.
  • Mal-material və qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi.

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır